<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Məsih səni sevir, səni səsləyir İL328</title>
<lyrics>[V1]
 Məsih səni sevir, səni səsləyir,
 Tövbə et, ey dostum, səni gözləyir.
 Bizi quzu kimi İsa bəsləyir
 İsatək Çobanın gəl quzusu ol.

[C1]
   O, səni aparar gözəl diyara
   Məsihdə sağalır bil ki, hər yara.
   Sən Onu gəl çağır düşəndə dara
   Sənə kömək edən Rəbbin qulu ol.

[V2]
 Bil, dünya hesabat verəcək bir gün
 Allahın Oğluna imansızlıqçün.
 Günahdan qaçmaqçün azdırsa gücün,
 Rəbdən kömək dilə, sən də azad ol.

[V3]
 Məsihdə həyat var, xilas var, lütf var
 İtmiş quzuların bir - bir axtarar.
 Onları dünyada şərdən qoruyar
 O, gözəl Çobanın gəl, quzusu ol.</lyrics>
<hymn_number>328</hymn_number>
</song>